Sosial şəbəkələrdəki problemin SƏBƏBİ BİLİNDİ - RƏSMİ
Bizi izləyin

İKT

Sosial şəbəkələrdəki problemin SƏBƏBİ BİLİNDİ - RƏSMİ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi son vaxtlar internetlə bəzi kommunikasiya proqramlarında problemlərin yaranmasına aydınlıq gətirib.

NRYTN-dən Publika.az-a bildirilirib ki, ölkəmizdə uğurla keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan Respublikası ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə (Skype, Viber, WhatsApp və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaradıb.

“Həmin dövrdə bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması işləri də həyata keçirilib.Hazırda texniki yeniləmə işləri başa çatıb və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm