İKT
Dünya əhalisinin bu qədəri internetin nə olduğunu bilmir - İNANILMAZ RƏQƏM
Dünyada 3.9 milyard nəfərin internetə çıxışı yoxdur.
Publika.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi, BMT-nin nəzdindəki Beynəlxalq Rabitə
Akademiyası və Akademiyanın Azərbaycan bölməsinin təşkilatçılığı
ilə “Azərbaycanda Genişzolaqlı internetin inkişafı strategiyası və
yeni nəsil şəbəkələrinin tədrisdə tətbiqi” mövzusunda keçirilən
konfransda bildirilib.
Tədbirdə vurğulanıb ki, 2017-ci ilədək 3.5 milyard (dünya əhalisinin 47%-i) nəfər internetdən istifadə edəcək. Halbuki, 2015-ci ildə bu göstərici 3.2 milyard olub.
Daha sonra məruzəçilər ölkəmizdə genişzolaqlı internetin inkişafı istiqamətində görülən işlər barədə məlumat veriblər. Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Sirus Abbasbəyli Azərbaycanda internetin yaranma tarixi, inkişaf dinamikası, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında internetin imkanları barədə təqdimatla çıxış edib.
Beynəlxalq Rabitə Akademiyasının prezidenti xanım Anastasiya Ositis isə çıxışında bildirib ki, təqdimatlardan da görünür ki, Azərbaycanda genişzolaqlı internetə keçid prosesləri sadəcə izlənilmir, bu xidmətlərin genişləndirilməsi, şəhərlə regionlar arasında “rəqəmli fərq”in azaldılması hökumətin marağındadır. Onun sözlərinə görə, Beynəlxalq Telekommunikasiya İttifaqı üzv ölkələrin genişzolaqlı internetə keçidinin tənzimlənməsi, inkişafı və infrastrukturun formalaşması üçün tövsiyələrini əsirgəmir. “Əminəm ki, bugünkü konfrans Azərbaycanda genişzolaqlı internetə keçid prosesinin sürətlənməsinə öz töhfəsini verəcək”, - deyə o qeyd edib.
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia