Microsoft tarixində ən böyük məlumat sızıntısı baş verdi
Bizi izləyin

İKT

Microsoft tarixində ən böyük məlumat sızıntısı baş verdi

"Microsoft" şirkəti öz tarixi boyunca ən böyük məlumat sızıntısına yol verib.

Publika.az technote.az-a istinadən bildirir ki, BetaArchive mənbəsində developerlərin istifadəsi üçün nəzərdə tutulmuş 32 TB həcmli Windows 10-nun mənbə kodları aşkar edilib. Həmin arxivdə 8 TB həcmli Windows 10 və Windows Server 2016-nın qısa faylları var. Arxivdə həmçinin proqram təminatının çertyojları da var. Bundan əlavə olaraq internetdə Windows 10 drayverlərinin mənbə kodları olan Shared Source Kit, PnP kodlar və ARM OneCore nüvəsinin kodu da yayılıb. Bütün bu məlumatlar "Microsoft" şirkəti üçün kritik önəm daşıyır və onlar hackerlər tərəfindən istifadə oluna bilərlər. Şirkət isə öz növbəsində bu sızıntının baş verməsini təsdiqləyib.

"Bizim istintaqımız təsdiq edib ki, bu fayllar əslində Shared Source Initiative-dən olan mənbə kodlarının bir hissəsidir və onlar OEM istehsalçılar ilə tərəfdaşlar üçün nəzərdə tutulub" - deyə şirkət rəsmisi qeyd edib.

İnternetə sızdırılmış məlumatlar özündə Windows 10 və Windows Server 2016-nın yeni versiyalarını, hələ işıq üzü görməmiş 64-bitlik ARM versiyalı Windows-ları və Windows 10 Mobile Adaptation Kit-in bir neçə versiyasını birləşdirir. BetaArchive saytının sahibi bildirib ki, mənbə kodu yalnız hərəsi 100 MB olan 12, Windows versiyasına sahib olub. Bununla yanaşı həmin məlumatların silinməsi üçün şirkət, saytın sahibi ilə əlaqə yaratmayıb. Təbii ki, bu müddət ərzində istənilən şəxs həmin məlumatları yükləyib. Çox güman ki, biz yaxın zamanda həmin məlumatların köməyi ilə həyata keçirilmiş yeni kiberhücum hadisələrinin şahidi olacağıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm