Azərbaycan 48, Ermənistan 111-ci yerdə - TƏHLÜKƏSİZLİK REYTİNQİ
Bizi izləyin

İKT

Azərbaycan 48, Ermənistan 111-ci yerdə - TƏHLÜKƏSİZLİK REYTİNQİ

"Dünya ölkələrinin yalnız yarısı kibertəhlükəsizliyin təmin olunmasının lazımi strategiyasına malikdir".

Publika.az xarici mediaya istinadən xəbər verir ki, BMT-nin nəzdində olan Beynəlxalq Telekommunikasiya İttifaqının dünyada kibertəhlükəsizliyə dair son vəziyyətlə bağlı “Global Cybersecurity Index” adlı yeni məruzəsində belə deyilir.

Məruzədə deyilir ki, dünya ölkələrin yalnız 38 faizində hakerlərin hücumlarından və ya başqa cinayətlərdən müdafiəni təmin edən etibarlı kibertəhlükəsizlik sistemi qurulub, daha 12 faizində isə belə strategiyaların hazırlaması prosesi gedir.

Məruzədə kibertəhlükəsizliyin təminatının səviyyəsi üzrə ölkələrin reytinqi təqdim edilib. Reytinq siyahısında birinci yer Sinqapur, ikinci yeri ABŞ tutub.

Kibertəhlükəsizliyin ən yüksək səviyyəsinin təmin olunduğu ölkələrin siyahısına həmçinin Malayziya, Oman, Estoniya, Mavrikiy, Avstraliya, Gürcüstan, Fransa, Kanada və Rusiya daxil edilib.

Hesabata əsasən Azərbaycan dünya reytinqdə 48-ci yerdə qərarlaşıb. Azərbaycanın qonşuları Türkiyə 43-cü, İran 59, Ermənistan isə 111-ci yerdədir. Siyahıda ümumilikdə 165 ölkənin adı var

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm