“Google” proqramının sizi necə izlədiyini bilirsiniz?
Bizi izləyin

İKT

“Google” proqramının sizi necə izlədiyini bilirsiniz?

Getdiyiniz bütün məkanlar qırmızı işarələrlə xəritədə göstərilir.

Gündən-günə inkişaf edən texnologiya sahəsi hər nə qədər həyatımızı asanlaşdırsa da, azadlığımızı da bir o qədər məhdudlaşdırır. Belə ki, nəhəng texnologiya şirkəti “Google” insanların atdığı hər addımı izləyir.

Publika.az xəbər verir ki, şirkət bunu ağıllı telefonlarda yüklənən mobil proqram vasitəsilə edir.

“Google” şirkəti “İOS” və ”Android” tipli cihazlardakı proqramla atılan hər addımı izləyir və bunu qeyd formasında saxlayır.

Şirkətin xəritə xidməti olan “Google Maps” proqramına elektron ünvanınızla daxil olduqda son zamanlarda getdiyiniz bütün məkanlar qırmızı işarələrlə xəritədə göstərilir.

Lakin şirkət bu qeydlərin sadəcə istifadəçilər tərəfindən görülə biləcəyini özəlliklə vurğulayır. Yalnız elektron hesabınızın şifrəsinin başqa birinin əlinə keçməsi durumunda getdiyiniz yerlərin bilgilərini başqa bir şəxs görə bilər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm