İKT
Dünyanın ən çox gözlənilən premyerasını Azercell-lə izlə
Azercell abunəçiləri “Taxt oyunları” (“Game of Thrones”) serialının yeni mövsümünün premyerasını seyr edə biləcəklər.
Şirkətdən Publika.az-a verilən məlumata görə, Azercell öz abunəçilərinə dünyanın ən məşhur seriallarını yüksək keyfiyyətlə və nümayiş günü izləmək imkanını verir. Azercell-in partnyorları olan KATV1 və Mobisky-ın dəstəyi ilə yaradılan www.kinoserial.az saytında abunəçilər HBO, Showtime, CBS, FOX kimi studiyaların təqdim etdiyi məşhur seriallara premyera günündə baxa biləcəklər.
Kinoserial layihəsinə dünya üzrə ən çox baxılan seriallar daxildir. Bunlar arasında HBO, Showtime, CBS, FOX, BBC, Netflix, Starz, Sky, Sony Pictures və digər studiyaların təqdim etdiyi filmlər yer alır. Kinoserial paketində hər janrda – romantik, qorxu, triller, fantastika və digər növ serialları tapmaq olar. Burada ilin gözlənilən premyeralarını, həmçinin mövsümün bütün bölümlərini kəsintisiz izləmək mümkündür.
17 iyul tarixində istifadəyə veriləcək “Azercell+Video” xidməti vasitəsilə Azercell abunəçiləri bütün dünya seyrçiləri ilə birlikdə məşhur “Taxt Oyunları” serialının çoxdandır gözlənilən 7-ci mövsümünün beynəlxalq premyerasını izləyə biləcəklər.
Dünyanın ən yaxşı seriallarını izləmək üçün www.kinoserial.az saytına daxil olub, mobil nömrə ilə qeydiyyatdan keçmək lazımdır. Xidmətdən gündəlik istifadə haqqı cəmi 0.33 AZN təşkil edir. Azercell abunəliyi sayəsində hər gün istənilən sayda filmi izləmək olar.
Xidmətin üstünlüyü həm də ondan ibarətdir ki, tamaşaçı serialları özünə uyğun vaxtda, yüksək keyfiyyətli görüntü və reklam fasiləsi olmadan izləyə biləcək. Bununla serialın hansısa kanalda nümayişini gözləməyə ehtiyac qalmayacaq. Digər tərəfdən, abunəçilər istənilən yerdə asanlıqla sevimli seriallarını smartfon, planşet və ya kompüterdən günün istənilən saatında izləyə biləcəklər. Bunun üçün sadəcə internet və Azercell nömrəsinin olması kifayətdir.
Məlumat üçün qeyd edək ki, kinoserial.az saytında artıq “Taxt Oyunları”, “Amerikan qorxu əhvalatları”, “Gənc Papa”, “Sevgililər”, “Yeddi ölümcül günah”, “Vəhşi Qərbin dünyası”, “Yaxşı mübarizə” və digər serialların nümayişi təşkil olunur. Hazırda seriallar rus və ingilis dillərində təqdim edilir. Bir çox serialın isə ilin sonuna qədər Azərbaycan dilinə dublyaj ediləcəyi gözlənilir.
Kinosevərlər “Azercell+Video” xidməti çərçivəsində dünyanın aparıcı studiyalarının təqdim etdiyi televiziya hitlərini izləməklə daim öndə olacaqlar.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə
bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft
sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə
təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48%
olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni
əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir.
Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq
Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə
sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri,
GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell
Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci
ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir.
Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless
Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə
keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq
sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox
parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən
yüksək göstəricilər nümayiş etdirmişdir.
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI