Alimlər həkim-robot yaradacaq
Bizi izləyin

İKT

Alimlər həkim-robot yaradacaq

Rusiyanın Tomsk Kardiologiya Elmi Araşdırmalar İnstitutunun Milli Araşdırmalar Tibb Mərkəzi və Tomsk Politexnik İnstitutunun alimləri həkim-robot yaratmağı planlaşdırırlar.

Publika.az “lent.az”a istinadən xəbər verir ki, tərtibatçıların icadına əsasən, unikal robot hərbi əməliyyat yerlərində və fövqəladə hallarda ilk tibbi yardım göstərə biləcək.

Mütəxəssislər bildirirlər ki, bu, kamera-gözləri və əlləri olan maşın olacaq. Onun "beyni" isə insan olacaq ki, o da kənardan robotu idarə edərək ona əmrlər verəcək

Layihə üzərində işlərə artıq start verilib. Ancaq onun nə zaman yekunlaşacağı hələlik məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm