Telekanalların monitorinq nəticələri açıqlanacaq
Bizi izləyin

İKT

Telekanalların monitorinq nəticələri açıqlanacaq

Avqust ayının ikinci ongünlüyündə ölkə telekanallarının monitorinq nəticələri elan olunacaq.

Bu barədə Publika.az-a Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov məlumat verib.

Onun sözlərinə görə, Milli Televiziya və Radio Şurasının təşkilati dəstəyi ilə “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycan Media məkanında ədəbi dilin qorunması” layihəsi üzrə monitorinqlər iyun-iyul aylarında ərzində aparılıb.

T.Dadaşov monitorinqlərə Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları cəlb olunduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm