Tramp feysbukda səhifə açır: "Ən son xəbərləri buradan oxuyun"
Bizi izləyin

İKT

Tramp feysbukda səhifə açır: "Ən son xəbərləri buradan oxuyun"

ABŞ prezidenti Donald Tramp Feysbuk sosial şəbəkəsində özünün şəxsi səhifəsini açıb.

Publika.az "RİA Novoste" istinadən xəbər verir ki, prezident seçkilərindən bu günə qədər Tramp və mətbuatın arasında "soyuq" savaş davam edir. Çıxışlarında və Tvitter hesabından mətbuat nümayəndələrini, xüsusilə də "CNN" əməkdaşlarını təhqir edən Tramp onları yalan məlumat yaymaqda ittihanm edir.

Yeni səhifəsində ilk buraxılışı gəlini Lara Tramp edib. O, Donald Trampın şəxsi hesabında olan 23 milyon izləyicisini səhifəyə dəvət edib:

"Faktlar əsasında real informasiyalar əldə etmək istəyirsinizsə hər həftə səhifəni izləyin".

Qeyd edək ki, səhifədə ilk paylaşım iyul ayının 20-nə aiddir.

Ağ Ev bu barədə heç bir açıqlama verməyib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm