• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Günəş sistemində NƏHƏNG KATAKLİZM müşahidə edildi

  • İKT
  • 6 Avqust 2017 12:45
  • 869 Baxış
Günəş sistemində NƏHƏNG KATAKLİZM müşahidə edildi

Kaliforniyanın Berkli universitetinin alimləri Neptunda nəhəng qasırğa sistemi aşkarlayıblar.

Publika.az xəbər verir ki, supertufanın ölçüləri Yerin ölçülərilə bərabərdir. Bu barədə “Phys.org” saytında yerləşdirilən məqalədə bildirilir.

Alimlər Neptunun ekvatoru yaxınlığında 9 min kilometr diametri olan parlaq ləkə aşkarlayıb. Adətən qasırğalar planetin qütblərinə yaxın olurlar və ekvatorial vilayət nisbətən sakit sayılır. Alimlər bildirirlər ki, qasırğa sistemi teleskopla çox aydın görünür, onun ən parlaq məqamı isə iyunun 26-dan iyulun 2-nə qədər olub.

Tədqiqatçıların sözlərinə görə, atmosferin hiddəti onunla əlaqəlidir ki, planetin təkində olan nəhəng axın qazları onun səthinə qaldırır. Onlar sonra soyuyurlar, kondensasiya olunurlar və iri metan buludlar yaradırlar. Belə böyük dəyişikliklər mövsümi xarakter daşıyır və bir neçə onillikdə bir dəfə baş verir.

Zaur H.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR