İKT
"Ulduzum" abunəçiləri üçün “Qatar Airways”dən xüsusi endirim
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin Qatar Airways şirkəti ilə əldə etdiyi razılığa əsasən Bakcell Ulduzum istifadəçilərinə aviaşirkət tərəfindən xüsusi endirim təklif olunacaq.
Ulduzum abunəçiləri www.qatarairways.com internet səhifəsindən bilet alarkən 10% endirimdən yararlana biləcəklər. Endirimi əldə etmək üçün Bakcell abunəçiləri bileti almazdan öncə “QA” yazıb 5555 qısa nömrəsinə göndərməlidirlər. Daha sonra mesaj vasitəsilə əldə olunan kodu https://www.qatarairways.com/en-az/offers/cug/ulduzum.html səhifəsindəki “Promo Code” pəncərəsinə daxil etmək lazımdır. Qeyd edək ki, 10% endirim biletin baza qiymətinə şamil olunur.
Kampaniyanın 07.08.2017-07.11.2017 tarixlərini əhatə edir və bu müddət ərzində əldə edilən səyahət biletləri 07.08.2017-31.12.2017 tarixlərində keçərlidir. Həmin ərəfədə “Qatar Airways” tərəfindən daxili endirimli kampaniyalar olduqda isə Ulduzum istifadəçiləri mövcud endirim faizinə əlavə olaraq 5% endirim qazanacaqlar.
2.5 milyon nəfərdən çox abunəçisi və 200-dən çox tərəfdaşı olan Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda da ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.
Ulduzum proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilmiş Bakcell Ulduzum mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) www.ulduzum.az saytından yükləmək olar.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!