Pilotsuz dəniz nəqliyyatı - sınaqlar 2018-ci ildə başlanacaq
Bizi izləyin

İKT

Pilotsuz dəniz nəqliyyatı - sınaqlar 2018-ci ildə başlanacaq

Finlandiyanın cənub-qərbindəki Botnik körfəzində pilotsuz dəniz nəqliyyatının dünyada ilk dəfə sınaqdan keçiriləcəyi meydança yaradılıb.

Publika.az bildirir ki, "Jaakonmeri" adlandırılan akvatoriyanın uzunluğu 18 kilometr, eni 7 kilometrdir. Arzu edən şirkətlər öz gəmilərini burada sınaqdan keçirə bilər.

"Helsinki Center" portalının məlumatına görə, ilk sınaqlar 2018-ci ilin yazında başlanacaq. Bütün şirkətlər, elmi-tədqiqat institutları, startaplar və hətta ayrı-ayrı şəxslər müraciət edə bilər.

"Dimecc Ltd" şirkətinin həyata keçirdiyi bu layihə "ağıllı" nəqliyyat və "engineering" üzrə ixtisaslaşan bütün tədqiqatçıları, şirkətləri və təşkilatları bir araya gətirir. Dənizçilik sənayesinin əsas aktorlarını əhatə edən "One Sea" ekosistemi də "Dimecc Ltd" şirkətinin himayəsi altında öz fəaliyyətini genişləndirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm