İKT
“AppLab” Mərkəzi biznes planın hazırlanması üzrə intensiv təlim keçirib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “AppLab” proqramının iştirakçılarının davamlı inkişafını dəstəkləmək məqsədilə təlimlərə başlayıb.
Təlimlərin mövzuları seçilərkən Şirkətin inkubasiya mərkəzində fəaliyyət göstərən komandaların istək və ehtiyacları nəzərə alınıb. “Biznes planın qurulması” adlanan ilk təlimdə düzgün tərtib olunmuş biznes planının startapın uğur qazanmasında rolu, onun strukturu, hazırlanması, tətbiqi və qiymətləndirolməsi prosesi haqqında danışılıb. Təlimin sonunda Applab iştirakçıları üzərində çalışdıqları layihələrin ilk biznes planlarını qurublar.
“İştirak etdiyim bu ilk təlim sayəsində məhsulun satışa çıxarılması və investorlarla əlaqələrin qurulmasının müxtəlif üsulları barədə ətraflı məlumat əldə etmişəm. Bundan əlavə, bu təlim biznes planın hazırlanması və biznes planın istənilən startap üçün nə dərəcədə əhəmiyyətli olmasını əyani şəkildə sübut etdi”, – deyə “BuilDay” adlı tətbiqetmənin təsisçisi Sadıq Hüseynov bildirib.
Şirkətin inkubasiya mərkəzində fəaliyyət göstərən 7 layihənin komanda üzvləri bundan sonra aşağıdakı mövzularda keçirilən təlimlərdə iştirak etməklə öz bacarıqlarını artıracaq:
Piçinq üzrə master klass
“Blockchain”-ə giriş üzrə intensiv təlim
İnvestorlarla Əlaqələrin İnkişaf etdirilməsi üzrə intensiv təlim
Biznes Planın Hazırlanması üzrə intensiv təlim
Layihələrin İdarə Olunmasının Əsasları üzrə təlim
bir təlim əsas nəzəri hissə və praktiki hissədən (“case study”) ibarət olacaq. Ümumilikdə, təlimlərin müddəti 25 saatdır. 3 ay davam edəcək təlimlərdə “Applab” tərəfindən dəstəklənən komandalar düzgün biznes planın yazılması, layihələrin idarə olunması, investorlar qarşısında çıxış və əlaqələrin qurulması üzrə lazımi bilik və bacarıqlar əldə edəcək.
Təlimlər ölkə daxilində təlim, qiymətləndirmə və konsaltinq xidməti göstərən aparıcı şirkətlərdən olan “CAC Training Center” şirkəti ilə birgə təşkil olunur.
“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot versiyadan hazır məhsul halına gətirilməsi üçün seçilmiş developerlərə kömək etmək məqsədilə yaradılmış sürətləndirilmiş icra modelidir.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı