Ayfon 8-in təqdimat tarixi bəlli oldu
Bizi izləyin

İKT

Ayfon 8-in təqdimat tarixi bəlli oldu

Özəlliklə, Ayfon istifadəçilərinin maraqla gözlədiyi tədbirin keçiriləcəyi tarix bəlli oldu.

Publika.az xəbər verir ki, Ayfon smartfonunun 8-ci buraxılışı sentyabrın 12-də müştərilərə təqdim ediləcək.

Üstəlik, smartfon bu təqdimatda təkbaşına olmaycaq. Analitiklər “Apple” markasının 3 fərqli Ayfon modelini və yeni nəsil “Apple Watch” ağıllı qol saatlarının təqdim ediləcəyini bildirib.

Qeyd eək ki, Ayfon modelinin ilk buraxılışı 10 il əvvəl yaradıcısı Stiv Cobs tərəfindən təqdim edilmişdi. Bu model günümüzdə ağıllı smartfon sektorunun formalaşmasında önəmli pay sahibidir. Bu vaxta qədər analoqu olmayan məhsullar istehsal edən şirkətin 10 il sonra daha böyük işlərə imza atması ehtimal edilir.

Sentyabrın 12-də daha bir marka - Çinin “Xiaomi” şirkəti də yeni modellərini təqdim edəcək. Bu tarixin həm smartfon istifadəçiləri, həm də iki rəqib marka üçün böyük və həyacanlı gün olacağı gözlənilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm