“Apple”ın “ağıllı” eynəkləri satış rekordları əldə edəcək
Bizi izləyin

İKT

“Apple”ın “ağıllı” eynəkləri satış rekordları əldə edəcək

İT bazarının mütəxəssisləri "Apple" korporasiyasının "ağıllı" eynəklərinin satış rekordları əldə edəcəyini proqnozlaşdırır.

Publika.az bildirir ki, 2018-ci ildə cihazı əldə etmək imkanı yaranacaq.

Güman edilir ki, smart-eynəklər "iPhone"u da ötəcək və gələn il "Apple"ın ən populyar cihazı olacaq. Bəzi analitiklər əmindir ki, tərtibatçılar keyfiyyətli məhsul hazırlayıblar və smart-eynəklər "Apple Watch"u da geridə qoyacaq. Şirkət bu cihazdan ildə 25 milyard dollara yaxın pul qazana bilər. "Ağıllı" eynəklərin populyarlıq piki isə 2019-cu ilin ortalarına təsadüf edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm