İnsanın içini göstərən kamera
Bizi izləyin

İKT

İnsanın içini göstərən kamera

Alimlər insan bədəninin içini göstərən yeni kamera kəşf edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu kamera həkimlərin daxili orqanları müayinə etmək üçün istifadə etdikləri endoskopiya kimi cihazların bədən içində hərəkətini təqib etmələrinə kömək olacaq.

Bu gün tibb dünyasında daha çox böyük xərc tələb edən rentgen kimi cihazlardan istifadə edilir. Edinburq Universitetinin alimi Kev Dhalival yeni texnogiyanın çox fərqli üsullarla istifadə edilməsinin mümkünlüyündən danışıb.

Aparılan ilk sınaqlar nəticəsində prototip cihazın normal şəraitdə dərinin 20 sm altına qədər işıq qaynaqlarını qeydə ala bildiyi vurğulanır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm