“Panasonic” firmasının təqdim etdiyi “ağıllı” soyuducu sahibi çağıranda onun yanına gəlir
Bizi izləyin

İKT

“Panasonic” firmasının təqdim etdiyi “ağıllı” soyuducu sahibi çağıranda onun yanına gəlir

Yaponiyanın “Panasonic” şirkəti “ağıllı” soyuducu konseptini təqdim edib. İnsan səsi ilə verilən komandaları “anlamağı” və istifadəçinin çağırışı üzrə onun yanına gəlməyi bacaran bu yeni qurğu Berlində keçirilən IFA-2017 sərgisində nümayişi etdirilib.

Publika.az bildirir ki, mini-soyuducu içkilərin və qəlyanaltıların saxlanılması üçün nəzərdə tutulub. Bu qurğu daxili məlumat bazası sayəsində orada olan məhsulları təhlil edərək insana tövsiyə verə bilər. Bu barədə Azərtac “İzvestiya” saytına istinadla məlumat yayıb.

Bundan başqa, soyuducu insan səsi ilə verilən komandaları “anlamağı” və istifadəçinin çağırışı üzrə onun yanına gəlməyi bacarır. Yeni qurğu məkanda səmtləşmə üçün dərinlik tənzimləyiciləri ilə və lazer sensorlarla təchiz olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm