• USD 1,7000 0,00% EUR 2,0567 0,00%
    • GBP 2,3990 0,00% RUB 0,0236 0,00%

Avropa Parlamenti pulsuz internet haqqında qanun qəbul etdi

  • İKT
  • 13 Sentyabr 2017 15:47
  • 767 Baxış
Avropa Parlamenti pulsuz internet haqqında qanun qəbul etdi

Avropa Parlamenti Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin vətəndaşlarını ictimai məkanlarda reklamsız və təhlükəsiz pulsuz internetlə təmin edən layihəni təsdiq edib.

Publika.az xəbər verir ki, layihənin ilk mərhələdə xəstəxana, kitabxana, rəsmi qurumlar və alış-veriş mərkəzlərində həyata keçiriləcəyi gözlənilir.

Layihə “WiFi4EU” (Aİ üçün Vay-fay) adlanır.

AP məruzəçisi, protuqaliyalı Sosial Demokrat Partiyasınınn üzvü Karlos Zorinho layihə sayəsində Aİ vətəndaşlarının gəlir səviyyəsindən asılı olmayaraq, eyni keyfiyyətdə internet əlaqəsindən yararlana biləcəyini deyib. O, həmçinin, layihənin gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan ən güclü siyasət olduğunu bildirib.

Pilot şəhərlər layihəni ən az 3 il ərzində Aİ-dən maliyyə dəstəyi olmadan öhdələrinə götürəcək, xərclənən maddi vəsait isə Aİ tərəfindən daha sonra geri ödəniləcək.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR