Seks-robotlar həm də mükəmməl QATİL OLACAQ – gözlənilməz dönüş
Bizi izləyin

İKT

Seks-robotlar həm də mükəmməl QATİL OLACAQ – gözlənilməz dönüş

Kibertəhlükəsizlik üzrə mütəxəssislər hesab edirlər ki, elektron məşuqələr hakerlər üçün çox zəif hədəf olacaqlar.

Amerikalı milyarder və ixtiraçı İlon Mask bildirib ki, Üçüncü dünya müharibəsi super dövlətlərin liderləri tərəfindən başlanılmayacaq, süni intellektin seçimi ilə olacaq.

Seks-robotlar - bazarın ən sürətlə inkişaf edən seqmentlərindən biridir ki, burada süni intellektin texnologiyaları tətbiq edilir.

Elektron seks-kuklaları yaradanlar onları tamamilə insanın oxşarı edirlər. Onlardan bəzilərinin çəkisi 90 kiloqrama çatır və onlar kifayət qədər güclüdür - bıçaqdan, çəkicdən və ya istənilən başqa alətdən rahatlıqla istifadə edə bilərlər. Əgər kibercinayətkarlar belə qurğu üzərində nəzarəti öz üzərlərinə alacaqlarsa, o zaman onları heç nə dayandırmayacaq.

Məlumat üçün bildirək ki, bu il Amerika şirkəti “Abyss Creations” Harmony adlı seks-kuklaların istehsalına başladı. Onların özəlliyi süni intellektə malik olmalarıdır. Silikondan, alüminium karkasdan və mikroçipdən ibarət olan gözəl qıza 18 davranış modeli yüklənib – o, ziyalı, utancaq, kobud, seksual və s. ola bilir.

Bu robotlar ilk növbədə, hər hansı bir səbəbə görə, real həyatda partnyor tapmaqda çətinlik çəkənlər üçün nəzərdə tutulub. Dünyada təxminən seks-robotların 5-6 istehsalçısı var. Seks-robotların dəyəri 5-15 min dollar arasında dəyişir.

Mütəxəssislər iddia edir ki, bir neçə onilliklər keçəcək və elektron məşuqələr canlı insan kimi danışığı dəstəkləməyi də öyrənəcəklər. Lakin, robotlar texnoloji olaraq nə qədər irəli çəkilmiş olacaqlarsa, təhlükə riski də bir o qədər yüksək olacaq.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm