“İPhone X”, yoxsa “Samsung Note 8” - - FOTOLAR
Bizi izləyin

İKT

“İPhone X”, yoxsa “Samsung Note 8” - - FOTOLAR

İki fərqli modelin texniki özəlliklərini müqayisə etdiyimizdə maraqlı faktlar ortaya çıxır.

“Apple” şirkətinin 10 yaşına özəl olaraq təqdim etdiyi “İPhone X” smartfonunun ən böyük rəqibi hələ ki, Samsunq şirkətinin “Note 8” smartfonudur. Biri “İOS”, digəri isə “Android” sistemi ilə işləyən iki fərqli modelin texniki özəlliklərini müqayisə etdiyimizdə maraqlı faktlar ortaya çıxır.

Publika.az bu iki məşhur modelin texniki özəlliklərinin müqayisəsini təqdim edir.

EKRAN

“İPhone X” şirkətin bu günə qədər istehsal etdiyi ən böyük telefondur. 5.8 düyümlük OLed ekrana sahib olan model bu sahədə 6.3 düyümlük Amolled ekranlı “Note 8”-dən xeyli geridə qalıb. “Apple” cihazda 1125 x 2436, “Samsung” isə 1440 x 2960-lıq Quad HD+ piksel birləşimindən istifadə edib.

Bunun sayəsində “Note 8” daha böyük ekrana sahib olub və 463 piksellik “İPhone X”-i 522 piksellik nəhəng ekranı ilə geridə qoyub.

Çərçivəsiz dizayn xətləri ilə diqqət çəkən hər iki model olduqca yüksək gövdə və ekran rəqəmləri təqdim etsə də, 82.98%-li “Note 8” kiçik bir fərq ilə (80.94%) rəqibini üstələməyi bacarıb.

DİZAYN

Bütün bu ikinciliklərlə yanaşı, ekranın kiçikliyinin “Apple” üçün avantaj olduğu nöqtələr mövcuddur. Boyu “Note 8”-dən 2 sm kiçik olan “İPhone X” daha az enə və 1.1 mm daha incə gövdəyə sahibdir. Bu anlamda daha kompakt və incə telefon istəyənlər üçün “İPhone X”-in avantajları daha çəkici gəlir.

İki rəqibin ortaq nöqtəyə gəldiyi tək şey materialdır. İstehsalçılar telefonlarında şüşə arxa panel və metal çərçivəyə yer verərək ortaq hərəkət edib. Əlavə olaraq, su keçirməzlik özəlliyi kiçik ortaq nöqtələrdən biridir.

İRİS Skaner ve Üztanıma sistemi

Markalar çərçivəsiz dizaynı tamamlamaq üçün barmaq izini təyin edənlərin yerinə alternativ axtarışlarına başladılar. “Samsung” bu problemin həllini səsin çıxdığı yeri arxa tərəfə göndərməkdə tapdı. Ayrıca, İRİS skaner əlavə edilərək istifadəçilərə alternativ təmin edildi.

İD toxunuşu arxa tərəfə yerləşdirmək isə istifadəçilərinin çox da xoşuna gəlməyə bilərdi. “Apple” bunu çox yaxşı bilirdi. Şirkət risqə gedərək “Face İD”ni (Üztanıma) təqdim etdi və yeni sensorları sayəsində İD toxunuşdan daha təhlükəsiz, güvənli olduğunu açıqladı.

“Apple” şirkətinin yeni “admiral gəmisi” “İOS 11”-lə təchiz edildi. “Samsung” isə “Note 8”-i “Android 7.1 Nougat” ilə istifadəyə verdi. Bu sahədə son versiyadan faydalanan və yenilikləri hər zaman daha sürətli şəkildə həyata keçirəcək “Apple” məhsulu bir addım önə keçir.

KAMERA

Rəqiblərin burun-buruna rəqabəti bu sahədə də davam edir. Hər iki telefon 12 meqapiksellik arxa cüt kameraya sahibdir. İkinci kameralar 2 qat keyfiyyətli böyütmə əməliyyatına malikdir. Burada “Samsung” seçimini f/1.7 diafraqma açıqlığına sahib linzalardan yana edib. “Apple” isə f/1.8-lik linzalardan istifadə edib. “İphone X”-in ön kamerası 7, “Note 8”-in ön kamerası isə 8 meqapiksel həcmə sahibdir.

Animasiya-smayla qarşı S-Pen

Markalar ekstra funksiyalar əlavə etməkdən də çəkinməyiblər. “Galaxy Note” seriyasında əvvəlki 6 nəsildə olduğu kimi 7-ci nəsildə də S-Pen sistemi mövcuddur. Bu qələm artıq qeyd yazmaqdan başqa işlər də görür və böyük ekran istifadəsində sahiblərinə önəmli dərəcədə yardımçı olur.

“Apple”in rəqiblərində olmayan yeniliyi isə AR oyunları və animasiya-smayldır. Uyğun bir sahə üzərində 3D oyun qurğusu yaradan “İPhone X” məkanın üzərində gəzməyimizlə birlikdə hərəkət edir və bununla əyləncəli videolar qeydə alır. Hərəkətli smayl olaraq görəcəyimiz animasiyaların ən gözəl tərəfi isə üzümüzün ifadələrini təqlid etməsidir.

QİYMƏT

“Samsung”un irəliyə keçdiyi mövzulardan biri də qiymət sahəsidir. “Note 8” hazırda 930 ABŞ dollarına təklif edilir. Onun rəqibinin qiyməti isə 999 dollardır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm