İKT
Artıq Vayfaydan su altında da istifadə edə biləcəyik - - FOTO
Amerikanın Buffalo Universitetində bir qrup araşdırmaçı sualtı kabelsiz internet layihəsi hazırlayıb.
Publika.az xəbər verir ki, araşdırmaçılar layihənin yaxın zamanda istifadəyə verilməsi və yayılmasını təmin etmək üçün “sualtı şəbəkə arxitekturası” adlı test keçiriblər.
Mütəxəssislər sualtı internet əlaqəsinin okean həyatının araşdırılmasında, sunami və zəlzələ ehtimallarının əvvəlcədən öyrənilməsində, hətta narkotik ticarəti ilə məşğul olanların planlarının çökdürülməsində istifadə ediləcəyini bildiriblər.
Araşdırmaçılar ilk mərhələdə 18 kq çəkisi olan iki sensoru Yeni Orlean və Nyu-York sularına yerləşdiriblər. Daha sonra kabelsiz internet ötürməyi təmin edən radio dalğalarını su altına yönəldərək səs dalğalarına çeviriblər.
Layihə barədə açıqlama verən araşdırmaçı Konan Brayn mövzu barədə zarafat etməyi də unutmayıb:
“Araşdırmaçılar hazırda sualtı Vayfay layihəsi üzərində işləyir. Nəhayət ki, “Boğuluraaam!” tvitləri atmağın zamanı gəldi”.
Lakin kabelsiz sualtı internet yalnız elmi məqsədlər üçün istifadə ediləcək. Yəni, hazırda çoxlarını maraqlandıran sualtı dalış macəralarının fotoları çəkən an sosial şəbəkələrə paylaşmaq avantajı hələ ki, müzakirə mövzusu deyil.
Zümrüd
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü