"İnstagram” rekorda imza atır
Bizi izləyin

İKT

"İnstagram” rekorda imza atır

Hazırda sosial şəbəkələrə liderlik edən "Facebook"a rəqib gəlir.

Publika.az xəbər verir ki, statistikaya görə, “İnstagram” sosial şəbəkəsinə ayda 800 milyondan çox istifadəci giriş edir. Gündəlik auditoriya isə 500 milyondan aşağı düşmür.

Maraqlısı budur ki, bu barədə “Advertising Week” tədbirində iştirak edən “Facebook”un marketinq işləri üzrə vitse-prezidenti Kerolin Everson məlumat verib. Mətbuat xidməti isə verilən informasiyanı təsdiqləyib.

5 ay ərzində auditoriyasını 100 milyon nəfər artıran şəbəkədə təkcə reklam yerləşdirənlərin sayı 2 milyonu keçir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm