• USD 1,7000 0,00% EUR 1,9828 0,00%
    • GBP 2,2148 0,00% RUB 0,0267 0,00%

“CBC kanalına da rəhbərliyi hələlik özüm edirəm” - Azər Xəlilov (YENİLƏNDİ)

  • İKT
  • 27 Sentyabr 2017 17:29
  • 2 135 Baxış
“CBC kanalına da rəhbərliyi hələlik özüm edirəm” -  Azər Xəlilov

"Vaqif Aydınoğlunun Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti təyin olunması barədə xəbər yanlışdır".

Bunu "Report"a açıqlamasında şirkətin prezidenti, əməkdar jurnalist Azər Xəlilov deyib.

O bildirib ki, hələ heç bir rəsmi təyinat olmayıb: "Ümumiyyətlə, vitse-prezident vəzifəsini hələ ki, heç kim icra etmir. Heç bir şəxsi heç bir vəzifəyə təyin etməmişik. Hələlik yeganə göstəriş odur ki, iş davam edir".

"Təyinatlarla bağlı yayılan xəbərlər səhv, təhrif olunmuş, yanlış məlumatlardır", - deyə A.Xəlilov əlavə edib.

Qeyd edək ki, bu gün bəzi KİV-lər Vaqif Aydınoğlunun Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti təyin olunması barədə xəbər yayıb.

***

“CBC kanalına da rəhbərliyi hələlik özüm edirəm”.

Bunu “Report”a açıqlamasında Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin yeni prezidenti Azər Xəlilov deyib.

O deyib ki, ATV-də üç nəfərdən başqa ərizə yazaraq işdən çıxmaq istəyən olmayıb.

A.Xəlilov onu da qeyd edib ki, iki verilişdən (“Yoxlama” və “ATV səhər”) başqa, hansısa proqramın bağlanması barədə heç bir qərar qəbul olunmayıb: “Hazırda gərgin iş rejimi olduğundan yaxın gələcəkdə ATV üçün hansısa dəyişikliklərin edilməsi barədə danışmaq tezdir”.

***

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezident vəzifəsinə təyinat olub.

Vitse-prezident vəzifəsi müvəqqəti olaraq ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğluna həvalə edilib.

ATV-nin İctimai-siyasi verilişlər departamentinə isə müvəqqəti olaraq Ceyhun Əli rəhbərlik edəcək.

Qeyd edək ki, telekanalın vitse-prezidenti vəzifəsini tutan Rauf Dadaşov dünən öz ərizəsi ilə işdən azad edilib.

Dünən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı da vəzifəsindən azad olunub. Onun yerinə Azər Xəlilov təyin edilib.

A. Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>