Şəbəkələrdə YENİ TƏHLÜKƏ - "DDoS hücumu"
Bizi izləyin

İKT

Şəbəkələrdə YENİ TƏHLÜKƏ - "DDoS hücumu"

Son vaxtlar İngiltərənin təhlükəsizlik sistemlərini zərərsiz hala salan viruslar yəqin ki, heç kimin yadından çıxmayıb. Belə hallar zaman-zaman bütün ölkələrdə müşahidə olunur. Biri də var "DDoS hücumu". Bu termini daha əvvəl hardasa eşitmisiz? Bir çox vebsayt və ya server, müxtəlif qurumlar "DDos hücumuna" məruz qalırlar. Bəs bu DDoS hücumu əslində nədir?

Publika.az sizə internet əlaqəsini yerli-dibli kəsən təhlükəli proqram haqqında bilmədiyiniz faktları təqdim edir:

"DDoS hücumu" yəni "Distributed Denial of Service" hücumlarında əsas məqsəd vebsaytların internet ilə əlaqəsini qırmaqdır. "Virtual oğrular" serverə yüksək miqdarda trafik göndərərək əlaqəni kəsməyə müvəffəq olurlar.

Hər bir vebsaytın özünün müəyyən bir tutum potensialı olur. Və onlara daşıyacağından artıq həcmdə material yüklədikdə servisdə qırılmalar olur. Lakin "DDoS hücumu" uğurlu şəkildə gerçəkləşsə, vebsayt hak edilmiş hesab olunmur. Sadəcə müəyyən bir müddət internet bağlantısı kəsilir və xidmətlərdən istifadə etmək olmur. Özəlliklə öz işlərini internet üzərindən aparan bir çox firmalar üçün "DDoS hücumu" bütün mənalarda faciə hesab olunur.

Spamhaus’a hücum

1998-ci ildən xidmət göstərən Spamhaus adlı qurum elektron məktubları və fəaliyyətləri əngəlləyirdi. 2013-cü ildə bu quruma hər saniyədə 300 GB həcmində məlumat ötürülərək "DDoS hücumu" təşkil olunmuşdur. Hər saniyədə 300 GB məlumat "Netflix" kimi platformalarda bir anda 60000 HD filmə baxmağa bərabər yüklü material hesab olunur. Hücum o qədər böyük olub ki, Spamhaus internetin özü belə iflic olmuşdur.

"CloudFlare" firmasının köməyi ilə Spamhaus bu hücumu ən az zərərlə dəf edə bilib. Hətta "Google", "Facebook", "Twitter" kimi qurumlar da bu hücumdan sığortalanmayıblar.

"DDoS hücumlar"dan müdafiə olunmaq olarmı?

Kompüterinizi daima yenilənən təhlükəsizlik proqramlarına deyil, sistemin möhkəmliyinə əmin olunduğunuz proqramlara etibar edin.

Qaynağı bilinməyən heç bir proqramı internetdən yükləməyin.

Ödənişli proqramların online satışa çıxarılan (ödənişsiz) pirat proqramlarından istifadə etməyin.

Əgər evinizdəki şəbəkə "DDoS hücumuna" məruz qalırsa, həmin dəqiqə internet servisinizlə əlaqə saxlayıb əlaqəni kəsmələrini söyləyin.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm