Bu qulaqlıq 40 dildə tərcümə edə bilir - “Quql”dan yenilik
Bizi izləyin

İKT

Bu qulaqlıq 40 dildə tərcümə edə bilir - “Quql”dan yenilik

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan “Quql” (Google) yeni model ağıllı smartfon, mini kamera və qulaqlıqlarını təqdim edib.

Publika.az xəbər verir ki, şirkətin təqdim etdiyi cihazlar arasında yeni “Pixel Buds” qulaqlıqları xüsusi diqqət çəkib.

Sözügedən qulaqlıq “Google Translate” xidmətindən istifadə edərək 40 fərqli dildə tərcümələr edə bilir. Bu cihaz hələ ki, şirkətin yeni məhsulu olan “Piksel” modelləri ilə birlikdə işləyir.

Yeni məhsul ABŞ-da 159 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm