Lamiyə Ələkbərqızına vəzifə verilib? - ATV-dən AÇIQLAMA
Bizi izləyin

İKT

Lamiyə Ələkbərqızına vəzifə verilib? - ATV-dən AÇIQLAMA

Bu gün primetime.az-da teleaparıcı Lamiyə Ələkbərqızına ATV-də yeni vəzifə verilməsilə bağlı xəbər yayılıb.

Publika.az məsələ ilə bağlı hazırda telekanalda vitse-prezident vəzifəsini icra edən Vaqif Aydınoğlu ilə əlaqə saxlayıb. O, suala cavab verməkdən boyun qaçıraraq bunları deyib:

“Belə bir şeydən xəbərim yoxdur. Bununla bağlı suallarınızı Azər bəyə ünvanlayın”.

Qeyd edək ki, L.Ələkbərqızı bir müddət öncə Lider telekanalından işdən çıxarılıb. O, daha sonra İctimai Televiziya və Radio Yayımları Şirkətinin Bədii, Əyləncə və Musiqi verilişləri departamentinə rəhbər təyin olunub.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm