• USD 1,7000 0,00% EUR 1,9932 -0,15%
    • GBP 2,3252 -0,36% RUB 0,0234 0,00%

İnfraqırmızı işıq internetin sürətini min dəfə artıra bilər

  • İKT
  • 7 Oktyabr 2017 07:00
  • 838 Baxış
İnfraqırmızı işıq internetin sürətini  min dəfə artıra bilər

Niderlandın Eyndhoven Texnologiya Universitetinin professoru infraqırmızı işığın köməyi ilə məlumatların ötürülməsinin yeni metodunu təqdim edib. Bu üsulun adi Wi-Fi və ya 5G-dən daha səmərəli olduğu bildirilir.

Publika.az “hi-tech.mail.ru” saytına istinadla xəbər verir ki, yeni sistemdə görünməyən şüaları internetə qoşulmuş qurğulara yönəldən infraqırmızı antenlərdən istifadə olunur. “İnfraqırmızı” internet modeli işıq mənbəyi və qurğuda olan kiçik optik qəbuledicidən ibarətdir. İnfraqırmızı işıq mənbəyi isə optik liflər və linzadan ibarədir və onların vasitəsilə siqnal qurğuya yönəldilir.

Tədqiqatçılar hələlik məlumatları infraqırmızı işıq vasitəsilə geri ötürmək üsulunu tapmayıblar. Bu səbəbdən məlumatları geri ötürmək üçün Wi-Fi-dan istifadə olunur. Wi-Fi, həmçinin infraqırmızı işıq mənbəyinin siqnalı dəqiq yönəldə bilməsi məqsədilə qurğunun məkanda yerləşdirilməsi üçün istifadə olunur. İstifadəçi otağı tərk edərsə, sistem avtomatik olaraq başqa mənbəyə keçir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR