Sim kartsız telefonlar gəlir
Bizi izləyin

İKT

Sim kartsız telefonlar gəlir

Guglun yeni telefonları Pixel 2 və Pixel 2XL digər telefonlarda olmayan bir ilkə imza atıb.

Publika.az xəbər verir ki, bu telefonları Sim kartsız istifadə etmək mümkün olacaq.

Layihə müəllifləri bildirir ki, cihazlarının daxili eSim-ləri sayəsində mobil hesabdan telefona daxil olmaq mümkün olacaq. eSim kart texnologiyası isə bu vaxta qədər heç bir telefonda istifadə edilməyib.

Bu yenilik sayəsində telefonla yanaşı nömrə alıb, onu telefonunuzun balaca SİM kart hissəsinə yerləşdirməyəinizə ehtiyac qalmayacaq.

Hələ ki, kütləvi diqqət çəkməsə də, texnologiya mütəxəssisləri tərəfindən yenilik müsbət qarşılanır. Onların fikrincə, bu yenilik texnologiyanın gələcək inkişafına təsir edə bilər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm