Votsap istifadəçilərinin yazışmaları necə izlənilir?
Bizi izləyin

İKT

Votsap istifadəçilərinin yazışmaları necə izlənilir?

Kompüter proqramları üzrə bir qrup mütəxəssis “Votsap” messencer proqramının istifadəçiləri necə izlədiyini izah edib. Proqram təsisçilərinə qarşı ciddi iddialar ortaya qoyulub.

Publika.az xəbər verir ki, proqramçılar rəhbərliyi casusluqda ittiham edir. Onlar iddia edir ki, proqram vasitəsilə messencer istifadəçilərinin günün hansı saatlarında və harada olması, hansı müddətdə aktiv yazışmalar apardıqları, eləcə də telefon nömrələrini görə bilirlər. Bütün bu informasiyaları proqram özü toplayır və konspekt şəklində qovluqlara yığır.

Xüsusilə Xrom brauzer üzərində genişləndirilmiş şəkildə işlənir.

İstifadəçilərdən xəbərsiz şəkildə onların gündəlik yazışmalarını və şəxsi informasiyalarını kifayət qədər dəqiqliklə götürən təsisçilər bu məlumatları böyük korporasiyalara sataraq külli miqdarda gəlir əldə edirlər. Təhlükəsizlik baxımından heç bir zəmanət verməyən messencer yavaş-yavaş öz istifadəçilərini itirir.

Bir müddət öncə, təsisçilər tərəfindən messencerdə “faylların ötürülməsi” zamanı yeni funksiyaların əlavə olunacağı barədə məlumat yayılmışdı.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm