Çin alimləri BUNU DA ETDİ: insan yerişinə görə onun kimliyi müəyyən ediləcək
Bizi izləyin

İKT

Çin alimləri BUNU DA ETDİ: insan yerişinə görə onun kimliyi müəyyən ediləcək

Çin alimləri insanları yerişinə görə təyin edə bilən kamera hazırlayıb.

Publika.az ecns.cn nəşrinə istinadən bildirir ki, insan üzünü gizlətdikdə belə, yeni biometrik identifikasiya texnologiyası onun kim olduğunu rahatlıqla müəyyən edəcək.

Bunun üçün yalnız hədəfdən 50 metr məsafədən uzaq olmamaq şərtilə kamera lazımdır. Texnologiya ritm, sürət və hərəkətin digər xüsusiyyətləri daxil olmaqla yerişin unikal “rəsmi”nə əsaslanır.

Çin Elmlər Akademiyası nəzdində Avtomatlaşdırma İnstitutunun tədqiqatçısı Xuan Yunçjen bildirib ki, yeni texnologiya gözün qüzehli qişasının skanerindən 10 dəfə daha sürətli işləyir. Tanımanın sürəti 200 millisaniyəni ötmür. Bu, insanın gözünü qırpmasından (300-400 ms) daha sürətlidir. Alqoritm 1000 kvadratmetr sahədə minədək insanı müəyyən edir və əhalisi sıx olan şəhərlərin sakinlərinin sayının hesablanmasına imkan verir.

Biometrik identifikasiya sistemləri Çinin bütün ərazisində tətbiq edilir. Ölkənin dörd şəhərində yol kəsişmələrində yol hərəkəti qaydalarını pozan piyadaları aşkarlayan kameralar quraşdırılıb.

Məlumat üçün bildirək ki, bu yaxınlarda sifətin tanınması funksiyasına malik kameralar Asiyada ən böyük pivə festivalına gəlmiş axtarışda olan 25 vətəndaşın saxlanılmasına kömək edib.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm