Çin yeni internet sistemi yaradır - "ÖZÜMÜZ NƏZARƏT EDƏCƏYİK"
Bizi izləyin

İKT

Çin yeni internet sistemi yaradır - "ÖZÜMÜZ NƏZARƏT EDƏCƏYİK"

Çin özünün idarə edəcəyi yeni internet sistemi yaratmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə Çin prezidenti Si Szinpin Çin Kommunist partiyasının 19-cu qurultayında çıxışı zamanı deyib.

"Yaradılacaq internet sahə aktivləşdirildikdən sonra bütün idarəetmə bizim əlimizdə olacaq. Şəbəkədə hansı məzmunlu materialların yayımlanmasına nəzarət edən idarəçilər təyin olunacaq"-, deyən dövlət başçısı, bunun xüsusilə qlobal şəbəkələrdə kütləvi şəkildə yayılan yanlış siyasi məlumatların qarşısını almaq məqsədilə yaraılacağını da vurğulayıb.

Xatırladaq ki, beş ildən bir keçirilən Çin Kommunist Partiyasının bu ilki qurultayı 24 oktyabra qədər davam edəcək.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm