İKT
Türkiyə Super Liqasının Azərbaycanda yayımı ilə bağlı RƏSMİ AÇIQLAMA
“CBC Sport” telekanalı mövsümün əvvəlində Türkiyə Superliqasının ölkəmizdə yayımlanması ilə bağlı müqavilə imzaladığını açıqlamışdı. Lakin bu gün kanal müqaviləyə xitam verildiyini rəsmi olaraq elan edib.
Publika.az xəbər verir ki, bu barədə “CBC Sport” saytında məlumat verilib.
Məlumatda bildirilir:
“Təəssüf hissi ilə bildirmək istəyirik ki, Türkiyə
superliqasının oyunlarının rəsmi yayım hüququna malik “DigiTürk”
şirkətinin birtərəfli istəyinə əsasən, “CBC Sport” ilə bu qurum
arasında müqaviləyə xitam verilib. Belə olan halda biz heç cür
vədimizə əməl edə bilmirik və Türkiyə superliqasının oyunları bizim
kanalda yayımlanmayacaq.
“DigiTürk”dən olan tərəfdaşlarımızın müqavilə bağlayıb, sonra isə
onu birtərəfli qaydada ləğv etməsi həm bizə, həm müqavilənin
bağlanmasında vasitəçi “Saran Holding” şirkəti əməkdaşlarına müəmma
olaraq qalır.
Məsələni araşdırmağa çalışdıq və gəldiyimiz qənaəti sizinlə də
bölüşürük. Lakin xatırlatmaq istəyirik ki, bu, bizim təxmin və
ehtimallardır.
Rəsmi müqavilə bağlanandan sonra efirmizdə, kanala aid bütün
sosial şəbəkələrdəki səhifələrmizdə, həmçinin Azərbaycandakı
jurnalist dostlarmızla bu xoş xəbəri bölüşdük. Çünki bu müqavilənin
bağlanması naminə olmazın əziyyət çəkmiş, çoxlu enerji sərf
etmişdik. Superliqa oyunlarının ilk dəfə ölkə xaricində açıq
yayımda olan telekanal tərəfindən göstəriləcəyi xəbəri ertəsi gün
qardaş və dost Türkiyədə, onun mediasında geniş müzakirələrə səbəb
oldu. Əldə etdiyimiz məlumata əsasən, ilk 24 saat ərzində “CBC
Sport” telekanalını Türkiyə ərazisində izləmək üçün lazım olan peyk
avadanlıqları, hətta illərlə anbarlarda yığılıb qalan texniki
mallar belə, sürətlə alınıb. Amma tələb o dərəcədə böyük olub ki,
hətta bütün bunlar da Türkiyədə texniki vasitələrə yaranan tələbatı
tam ödəməyib.
Türkiyə mediasını və müxtəlif forumları monitorinq etdikdə “niyə
Türkiyədə yerli çempionatın oyunlarını izləmək üçün futbolsevərlər
pul verməli, Azərbaycanda isə oyunlar pulsuz nümayiş
etdirilməlidir?” kimi etiraz dolu çoxsaylı fikirlərə rast
gəldik.
Bu iki məqam arasında paralel aparanda belə düşünmək olar ki, məhz
bu cür nüansların üzə çıxması nəticəsində “DigiTürk”də çalışan
tərəfdaşlarımız müqaviləni ləğv etmək kimi radikal addım
atıblar.
Ölkə idmansevərlərini həmişə yeniliklərlə və maraqlı idman layihələri ilə sevindirən “CBC Sport” yaranmış xoşagəlməz vəziyyətə görə sizlərdən üzr istəyir!”.
Zümrüd
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...