İKT
"Samsung"un yeni qurğusu itən əşyaları axtaracaq

"Samsung" şirkəti itən əşyaları axtarmağa imkan verən "ağıllı" "Connect Tag" brelokunu təqdim edib.
Publika.az Azərtac-a istinadla xəbər verir ki, qurğunu müxtəlif yerlərə, o cümlədən çantaya və ya avtomobil açarına, körpənin olduğu yeri tez müəyyənləşdirmək üçün uşağın arxa çantasına və ya itən ev heyvanını tez tapmaq üçün onun xaltasına bərkitmək mümkündür.
Məlumata görə, yeni qurğu "GPS" naviqasiya sistemi, "Cell ID" parametri və "Wi-Fi" nöqtələri ilə koordinatları müəyyənləşdirməyə imkan verən "WPS" sistemi ilə işləyir. Bunun sayəsində "Connect Tag" həm evin daxilində, həm də ondan kənarda unudulan əşyanın olduğu yer haqqında dəqiq informasiya əldə edir. Breloku yalnız "Android" sistemli smartfonlar vasitəsilə idarə etmək olar. Qurğunun "iPhone" modelləri ilə uyğunluğu barədə məlumat verilmir.
İstifadəçi, həmçinin istədiyi vaxt "Geoloji zona" funksiyasını işə sala bilər. Bu halda qurğu virtual zonanı tərk edən zaman bildirişlər göndərməyə başlayacaq. Bundan başqa, onu "ağıllı" ev sistemlərinə qoşaraq televizorun və ya işığın qoşulması üçün istifadə etmək olar. Rombabənzər formaya və 4,21 sm ölçüyə malik "Connect Tag" qurğusunun qalınlığı 1,19 sm təşkil edir. Korpus "IP68" standartı üzrə suyadavamlı və tozkeçirməzdir.
"Ağıllı" brelokun oktyabrın 18-19-da San-Fransiskoda keçiriləcək "Samsung Developer Conference-2017" konfransında nümayişi gözlənilir. Əvvəlcə qurğunun Koreyada, daha sonra digər ölkələrdə satışa çıxarılması nəzərdə tutulur. Qiymət barədə əlavə məlumatın veriləcəyi bildirilir.

-
Ekologiya18:20
Ayın son beş günü hava necə olacaq? - Yağış, külək, dolu...
-
Rəsmi xronika17:37
İlham Əliyev üç sərəncam imzaladı
-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var
-
İdman14:19
"Neftçi"də iclas oldu, Samir Abasov rəhbərliyə siyahı təqdim etdi: Bu futbolçular göndərilir
-
Maraq dünyası13:36
Günəş Yeri belə məhv edəcək: Dünyanın SON TARİXİ AÇIQLANDI
-
Sosial12:55
İyunda 13 gün iş olmayacaq