İKT
Dünyanın ən bahalı və ən qeyri-adi DİZAYNLI TELEFONLARI - - FOTOLAR

Texnologiya əsrində həyatı mobil telefonlarsız təsəvvür etmək qeyri-mümkündür. Həyatımızın ayrılmaz parçasına çevrilən telefonların qiyməti isə hər il bir az da bahalaşaraq telefon həvəskarlarını məyus edir. Bəs bu mobil telefonlar arasında ən bahalıları və ən orijinalları hansılardır?
Publika.az sizə görünüşünə heyran qalacağınız, "əl yandıran" qiymətə satılan ən bahalı telefonların siyahısını təqdim edir:
1. Vertu Signature Diamond
Vertunun hazırladığı bu xüsusi model 200 almaz hissəcikləri və platinumdan hazırlanıb. Orijinal görünüşü ilə seçilən və məhdud sayda olan bu telefonun qiyməti 88 min dollardır.
2. iPhone Princess Plus
Sisteminə görə digər ağıllı telefonlardan fərqlənən "iPhone"-nun bu modeli digərlərindən görünüşünə görə fərqlənir. Avstriyalı dizayner Peter Aloisson tərəfindən hazırlanan telefon təmiz qızıldan hazırlanıb. Bununla yanaşı, 180 almaz hissəcikləri ilə bəzədilib. Qiyməti isə nə az, nə çox, düz 176 min 400 dollar dəyərindədir.
3. BlackDiamond VIPN Smartphone
Ceyren Qoh tərəfindən "Sony" üçün dizayn edilib. Telefonu fərqləndirən əsas xüsusiyyətlər polikarbonat şüşədən olması, orqanik LED texnologiyalı və 2 almazla işlənməsidir. Almazlardan biri orta naviqasiya düyməsində, digəri isə telefonun arxa hissəsində qoyulub. Qiyməti 300 min dollardır.
4. Vertu Signature Cobra
Fransız zərgər Boxeron (Boucheron) tərəfindən dizayn edilmiş mobil telefonun hazırlanmasında bir armudşəkilli almaz və bir dəyirmi ağ almazdan, iki zümrüddən gözlər və 439 yaqutdan istifadə olunub. Qiyməti 360 min dollar təşkil edilir.
5. Gresso Luxor Las Vegas Jackpot
Bu telefonlar 180 qramlıq qızıldan və Afrikadan xüsusi olaraq gətirilmiş 200 il yaşı olan ağac materiallardan hazırlanıb. Qiyməti təqribi 1 milyon dollardır.
6. Diamond Crypto Smartphone
Peter Aloisson tərəfindən hazırlanmış bu mobil telefonun üzərində nə az, nə çox, 60 almaz var. Qiyməti 1 milyon 300 min dollardır.
7. GoldVish Le Million
Emmanuel Queyt tərəfindən dizayn edilib. Telefon öz qiymətinə və orijinallığına görə, Ginnessin Rekordlar Kitabına belə düşməyi bacarıb . Tərkibində 18 karatlıq ağ qızıl və 20 karat VVS1 almazı var. Qiyməti isə 1 milyon 300 min dollardır.
8. iPhone 3G King’s Button
Avstraliyalı Peter Aloisson tərəfindən dizayn edilmiş mobil telefonda 138 almazdan istifadə edilib. Qiyməti 2 milyon 400 min dollardır.
9. Supreme Goldstriker iPhone 3G 32GB
Apple şirkətinin xüsusi buraxılışı olan bu mobil telefonun qiyməti 3 milyon 200 min dollardır. Tərkibində qranit, kaşmir, 271 qr maye qızıl və almaz kimi qiymətli materiallar mövcuddur.
10. Son Olaraq: Diamond Rose iPhone 4 32GB
8 milyon dollara satılan bu modelin tərkibində isə 500-dən çox qüsursuz almazdan istifadə edilmişdir.
Könül Cəfərli

-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var
-
İdman14:19
"Neftçi"də iclas oldu, Samir Abasov rəhbərliyə siyahı təqdim etdi: Bu futbolçular göndərilir
-
Maraq dünyası13:36
Günəş Yeri belə məhv edəcək: Dünyanın SON TARİXİ AÇIQLANDI
-
Sosial12:55
İyunda 13 gün iş olmayacaq
-
MDB12:20
Kliçko təsdiqlədi: Ukrayna ərazi güzəştinə gedəcək
-
Dünya12:07
Papanı urvatsız edənlər: Fransiskin cəsədi ilə selfi çəkənlər aranı qatdı - ŞOK FOTOLAR
-
Sosial11:36
Əli Əsədov yeni qərarlar imzaladı