• USD 1,7000 0,00% EUR 1,9932 -0,15%
    • GBP 2,3252 -0,36% RUB 0,0234 0,00%

Feysbukdan KİV-ə "qara xəbər" - Keçidlər ödənişli olacaq

  • İKT
  • 24 Oktyabr 2017 18:07
  • 685 Baxış
Feysbukdan KİV-ə "qara xəbər" - Keçidlər ödənişli olacaq

Dünyanın ən populyar sosial şəbəkəsi hesab olunan feysbuk yeniliklər etməyə davam edir.

Publika.az xəbər verir ki, feysbukun xəbər lentinin ("News Feed") aktivləşdirməsi KİV-lərin paylaşım və oxunma statistikasının 4 dəfəyə qədər zəiflədib.

Bu yaxın günlərdə Azərbaycanın KİV-ləri üçün də problem yaradacaq.

Alqoritm sınaqdan keçirildiyindən KİV-lərin feysbukda xəbərlərinə göstərilən reaksiya, xüsusilə də oxunma statistikası dəfələrlə azalır.

"Explore Feed" adlı yeni xəbər lentinin ("News Feed") aktivləşdirilməsi şəbəkə istifadəçilərinin bütün ictimaiyyətə açıq (public) səhifə, qrup xəbərlərini dərc etməsinə şərait yaradır.

Əsas lentdə isə həmişəki kimi sadəcə statuslar, paylaşımlar, fotolar və reklamlar yerləşdirmək mümkün olacaq.

Beləliklə, xəbər saytlarının feysbuk üzərindən paylaşılan keçidlərini görmək üçün istifadəçinin "Explore Feed"ə baxması lazım olacaq. KİV-in paylaşdığı xəbərlər isə əsas lentdə yalnız reklam vasitəsilə görünə biləcək.

Könül Cəfərli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR