“Amazon Key” məhsulları mənzil sahibi olmadıqda belə evlərə çatdırır
Bizi izləyin

İKT

“Amazon Key” məhsulları mənzil sahibi olmadıqda belə evlərə çatdırır

“Amazon” internet-mağazası “ağıllı ev” prinsiplərinə əsaslanan “Amazon Key” xidmətini istifadəyə verib. İnnovasiya şirkətin kuryerlərinə məhsulları mənzil sahibi olmadıqda belə evlərə çatdırmağa imkan verir. Bu zaman “Amazon” tam təhlükəsizliyə zəmanət verir.

Publika.az “planet-today.ru” saytına istinadla xəbər verir ki, istifadəçi “Cloud Cam” kamerası və “ağıllı” kiliddən ibarət xüsusi “Amazon Key” dəstini əldə edir. Mütəxəssislər bu qurğuları ödənişsiz olaraq mənzildə quraşdırırlar. Bundan sonra istifadəçi evdə olmasa da məhsulları və ya xidmətləri sifariş edə bilir. “Amazon Key”, həmçinin ailə üzvləri üçün kifayət qədər təhlükəsiz “ağıllı” kiliddir.

Yeni xidmət yalnız ABŞ ərazisində tətbiq olunub. Gələcəkdə bu xidmətin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm