İKT
Virtual reallıq üçün klaviatura
Fərdi kompüterlər üçün qurğuların istehsalı ilə məşğul olan “Logitech” şirkəti VR-şlemdə mətni yığaraq interfeysi idarə etməyə imkan verən fiziki klaviaturanın virtual reallığa inteqrasiyası sistemini hazırlayıb.
Şirkətin təqdim etdiyi sistemin prototipində “HTC Vive” VR-şlemi, eləcə də virtual reallıqda klaviatura modelləri və istifadəçi əllərini yaradan proqram təminatından istifadə olunub.
İstifadəçi klaviaturanın virtual reallıqda göstərilməsi üçün bir neçə variant seçə bilər. Bundan başqa, proqram təminatı aktiv proqramda klaviatura kombinasiyalarında istifadə edilən klavişləri göstərməyə imkan verir.
Hazırda sistemin beta versiyasını sınaqdan keçirən şirkət noyabrın ortalarınadək proqram tərtibatçılarından prototipin tədarükü üçün sifarişlərin qəbuluna başlamağı planlaşdırır. Sifarişlərin qəbulu dayandırıldıqdan sonra 50 tərtibatçıya “Logitech G” seriyalı klaviatura, kontroller və proqram təminatından ibarət dəstlərin göndərilməsi nəzərdə tutulur.
Sistemin kommersiya versiyasının istehsal tarixi barədə məlumat verilmir. Dəstin qiyməti 150 dollardır. (Azərtac)
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI