“ASAN Xidmət”də işləmək istəyənlər TƏLƏSİN! - VAKANSİYA
Bizi izləyin

İKT

“ASAN Xidmət”də işləmək istəyənlər TƏLƏSİN! - VAKANSİYA

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Quba və Mingəçevir regional “ASAN xidmət” mərkəzlərində inzibati vəzifələrin yeddinci təsnifatlarına uyğun vakansiya elan edib.

Agentlikdən Publika.az-a verilən məlumata görə, bu mərkəzlərdə dövlət qulluğu vəzifələrinin tutulması üçün B növünə (inzibati icraçı vəzifələr) daxil olan BB vəzifə qrupu (baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi) üzrə müsabiqənin test imtahanına Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qeydiyyat elan edilib.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “şəxsi kabinet”lərini yaratmalıdır. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı 17 dekabrda keçiriləcək və həmin imtahanda iştirak etmək üçün qeydiyyat 6 dekabr 2017-ci il tarixinədək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm