İKT
Dünyanın ən kiçik mobil telefonu
"Clubit New Media" şirkəti kiçikölçülü "Zanco Tiny T1" mobil telefonunu təqdim edib. İstehsalçı iddia edir ki, bu, dünyada ən kiçik mobil qurğudur. Kiçik ölçüsünə baxmayaraq, mobil qurğu zəng edə və mesajları göndərə, başqa sözlə, istənilən mobil telefonun standart funksiyalarını yerinə yetirə bilir.
Publika.az xəbər verir ki, "Zanco Tiny T1" mobil qurğusunun ölçüləri 46,7x21x12 millimetr təşkil edir. Nano formatlı SİM-kart hesabına rabitə əlaqəsi təmin olunur. Telefon 300-dək kontaktı, 50 SMS mesaj və 50 daxil olan/çıxan zəngi yadda saxlamaq imkanına malikdir.
Aparat 12,5 millimetrlik diaqonallı OLED ekran və kiçikölçülü klaviatura ilə təchiz edilib. Daxili akkumulyator gözləmə rejimində 3 gün və ya "2G" üzrə 180 dəqiqəlik danışıq üçün kifayət edir.
"Zanco Tiny T1" mobil qurğusunu "Kickstarter" platformasından 30 funta sifariş etmək olar. (Azərtac)
-
Nida Xəbər 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO