“Əpl” şirkətinə qarşı ŞOK İDDİA - Köhnə telefonların içindən çıxanları təzəyə...
Bizi izləyin

İKT

“Əpl” şirkətinə qarşı ŞOK İDDİA - Köhnə telefonların içindən çıxanları təzəyə...

Amerikalı V.Pol 2 ay əvvəl aldığı “Ayfon” modelinin enerjisinin həddən artıq tez tükənməsindən şübhələnərək, bu mövzunu proqramçılarla araşdırmağa başlayıb. Məlum olub ki, şirkət son illərdə istehsal etdiyi yeni model smartfonlarda (6s, 7, 7+, iPhoneX) köhnə telefonların prosessorlarından istifadə edir.

Publika.az “RİA Novoste” istinadən xəbər verir ki, sürətlə yayılan şikayətlər istifadəçilərlə yanaşı proqramçıların, digər rəqib şirkətlərin də diqqətini çəkib. Mövzu əsasında müşahidə aparan proqramçıların fikrincə, şirkət ən son yenilənəni iPhone 6 modelinin istehsalı (iOS 10.2.1.) zamanı hazırlayıb.

Geniş səs-küyə səbəb olan paylaşımlardan sonra “Əpl” şirkəti tərəfindən smartfonların istifadəsində yaranan problemlə bağlı açıqlama gəlib.

Şirkət rəsmilərinin sözlərinə görə, iOS sistemində həqiqətən akkumulyatların köhnəlməsi səbəbindən telefonların istifadəsində bir sıra problemlər yaranıb. Bu telefonlarda enerjinin tez bitməsinə səbəb olur. Bu isə birbaşa akkumlyatorların tərkibindəki litium-ionlarının tez qızması ilə əlaqəlidir. Bu problemlərin aradan qaldırılması üçün akkumlyatorların komponentlərinə müdafiə məqsədilə xüsusi alqoritmlər işlənəcək və yeni istehsallarda bu problem yaşanmayacaq. Hazırda, istifadəyə verilən İphone X modeli də daxil olmaqla, gələcəkdə istehsal ediləcək bütün modellərdə yeni sistemdən istifadə ediləcək.

Xatırladaq ki, "ayfon 7" modelində yenilənmə olaraq iOS sistemin 11.2 versiyası istifadə edilir. İstifadəçilər isə 2 ay istifadədən sonra smartfonun enerji tutumunun olduqca sürətlə azaldığını bildirir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm