İKT
Yeni funksiya - "Feysbuk"da moderatorla əlaqə
“Feysbuk” sosial şəbəkəsi yeni funksiyanı sınaqdan keçirir.
Publika.az xəbər verir ki, artıq şəbəkə istifadəçiləri bu və ya digər şərhdən moderatorlara şikayət etməyə imkan verən "downvote" düyməsindən istifadə edə biləcəklər. Hazırda yeni düymə sınaqdan keçirilir. Sınaq görüntüləri əvvəlcə “Twitter”də peyda olub, daha sonra “Feysbuk”un nümayəndəsi “The Verge” nəşrinə bu informasiyanın doğruluğunu təsdiq edib.
Sözügedən funksiya hazırda yalnız ABŞ-dan olan “Feysbuk” istifadəçiləri arasında sınaqdan keçirilir. "Downvote" düyməsinə sıxdıqda sosial şəbəkə istifadəçi üçün şərhi gizlədir, bundan sonra ondan şərhin təhqir xarakterli, yanlış, yaxud müzakirə edilən mövzu ilə bağlı olub-olmadığını dəqiqləşdirməyi təklif edir. Bu halda şərhlərin altında yeni düymənin köməyi ilə edilmiş şikayətlərin sayı göstərilmir. Şirkətdən bildirilib ki, bu, “dislike” düyməsinin analoqu deyil, əks əlaqə sistemidir.
Könül Cəfərli
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?