Hərbçilər üçün ekzoskelet yaradıldı - - FOTO
Bizi izləyin

İKT

Hərbçilər üçün ekzoskelet yaradıldı - - FOTO

Çində yeni nəsil ekzoskeletlər hazırlanıb.

Publika.az xəbər verir ki, ölkənin “Norinco” Dövlət Korporasiyası istifadəçiyə xüsusi səy göstərmədən 45 kiloqramadək yükləri daşımağa imkan verəcək yeni nəsil ekzoskeletin prototipini hazırlayıb.

Sözügedən prototipin hazırlanmasına 3 il əvvəl başalnılıb. Əvvəlki versiyada hidravlika və akkumulyatorlarla bağlı problemlər olsa da, bu dəfə sistem daha da təkmilləşdirilib. Yeni prototipdə çatışmazlıqlar aradan qaldırılıb, eləcə də onun konstruksiyası istifadəçilər üçün yüngülləşdirilib və rahatlaşdırılıb.

Tamamlanmış hidravlik və pnevmatik ötürücülər, eləcə də ekzoskeletin yüngül karkası ondan istənilən yerdə rahat istifadəyə imkan verir. Bununla yanaşı, onu geyinmiş insan yüklərin nəqli üçün 5 dəfə az güc sərf edəcək. Konstruksiya çəkisinin azaldılması batareyadan daha səmərəli istifadəyə imkan yaradır.

Hazırda ekzoskelet daha çox hərbçilərin sifarişi ilə hazırlandığı üçün onlar haqqında dəqiq və geniş məlumatlar verilmir. Lakin məlum olan odur ki, yeni ekzoskelet saatda 4 km sürətlə 10 km məsafəni qət etməyə imkan verən əvvəlki versiyadan daha yaxşıdır.

Məlumata görə, ekzoskeletlərdən, həmçinin dinc məqsədlər naminə tətbiq edərək onları fiziki imkanları məhdud insanlar üçün köməyə uyğunlaşdırmaq, həmçinin anbar və ya quraşdırma sexlərini onlarla təchiz etməklə yükdaşıyanlar və montajçılar üçün daha rahat iş şəraiti təmin etmək olar.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm