"Windows 10" “Office 2019” proqramını dəstəkləyəcək
Bizi izləyin

İKT

"Windows 10" “Office 2019” proqramını dəstəkləyəcək

“Office 2019” ofis əlavələri paketinin ilkin versiyası növbəti rübdə buraxılacaq və “Windows 10” əməliyyat sisteminin ildə iki dəfə yenilənməsini dəstəkləyən versiyalarında işləyəcək.

Publika.az xəbər verir ki, bu barədə “Microsoft” korporasiyası rəsmi məlumat yayıb. Məlumata görə, onlara, həmçinin “Ev” və “Peşə” versiyaları da aiddir. Eyni zamanda korporasiya əlavələr paketinin köhnə “MSI” formatlı quraşdırma faylları şəklində yayılmasını dayandırmağı nəzərdə tutur.

“Office 2019” paketlərini adətən “Office 365” paketində istifadə olunan “Click-to-Run” metodu vasitəsilə quraşdırmaq mümkün olacaq. “Microsoft” nümayəndələrinin fikrincə, 10 il əvvəl buraxılan sistemlərin təhlükəsizliyinin təmin edilməsi çətin və səmərəsiz olub və artıq proqram təminatını müasir buraxılış rejiminə keçirmək lazımdır.

Xatırladaq ki, “Microsoft” korporasiyası “Office 2019” paketini baza plan dəstəyi şəklində 5 və daha 2 il genişləndirilmiş şəkildə dəstəkləməyə hazırdır. Baza planı 14 oktyabr 2025-ci ilə qədər davam edəcək. Bundan əlavə, “Office ProPlus” versiyasının yenilənmə rejiminin “Windows 10” sisteminin yenilənmə rejimi ilə uyğun gəlməyəcəyi təqdirdə onun dəstəyinin tədricən dayandırılması nəzərdə tutulur. “Windows 10” əməliyyat sisteminin korporativ versiyaları ildə iki dəfə yenilənməyən “LTSC” rejiminə malikdir, lakin 14 yanvar 2020-ci il tarixindən sonra bu versiyalar “Office” yenilənmə paketləri ilə təmin edilməyəcək.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm