İKT
"Azercell" növbəti Karyera Sərgisində iştirak edib - - FOTO
Ölkəmizdə tələbə və məzunlara dəstək məqsədilə təşkil olunan Karyera Sərgilərində iştirakı ənənəyə çevrilən “Azercell Telekom” MMC ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə baş tutan 1-ci “Karyera sərgisi”nə qatılıb.
Bakı Ali Neft Məktəbində baş tutan sərgidə şirkətin İnsan Qaynaqları Departamentinin əməkdaşları tərəfindən hazırlanan Azercell-in stendi hər kəs tərəfindən böyük maraqla qarşılanıb. Stenddə şirkətin iş prinsipləri, kadr seçimində üstünlük verilən meyarlar haqqında məlumatlar yer alıb. Burada, həmçinin, Azercell-də tələbə və məzunlar üçün yaradılan imkanlar, gənclərin inkişafına yönəldilən proqram və layihələr haqqında da məlumat almaq mümkün olub. Şirkətin nümayəndələri Azercell-ə işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil edib, onların suallarını cavablandırıb və ehtiyac olduğu halda məsləhətlər də veriblər.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd - öz bacarıq və
biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara
gələcək karyeralarını qurmaqda yardım etməkdir. Qeyd edək ki,
Azercell Telekom daim istedadlı gənclərə bu istiqamətdə dəstək
olur. Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə
şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Ötən il ITECA və
Təhsil Nazirliyi tərəfindən təşkil olunan 12 Beynəlxalq Karyera
Sərgisində də Azercell tələbələrə dəstək olub.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom