Əflatun Amaşov: "Bu, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir"
Bizi izləyin

İKT

Əflatun Amaşov: "Bu, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir"

Kütləvi İnformasiya Vasitələrində Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalisti təhqir etməsinə dair məlumatlar yayılıb.

Publika.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əlfatun Amaşov deyib.

Onun sözlərinə görə, hadisənin təfərrüratları, necə və hansı şəraitdə baş verməsinə dair dəqiq bilgiyə malik deyil: “Ancaq hər bir halda hesab edirəm ki, yazılanlar doğrudursa, yəni peşə fəaliyyətini yerinə yetirən jurnalist R.Məmmədova hansısa məsələ ilə əlaqədar fikir öyrənmək üçün müraciət edibsə, qarşılığında söyüş və təhqir eşidibsə, bu, bir elm adamı üçün qətiyyən yolverilməz və qəbuledilməzdir, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir. Əmin olmaq istərdim ki, Milli Elmlər Akademiyasının rəhbərliyi bununla bağlı ciddi ölçü götürəcəkdir”.

Qeyd edək ki, Modern.az saytının əməkdaşı sualına cavab almaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədova müraciət edib. Direktor isə jurnalistləri təhqir edib: “Siz jurnalistlər hamınız məni biabır etmisiniz. Nə açıqlama verəcəm?! Azərbaycan jurnalistləri “bezdarnı”, savadsız, heç nəyə yarayan deyillər. Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm