Dünyada İLK - İnsan qulağından 10 trilyon dəfə kiçikdir
Bizi izləyin

İKT

Dünyada İLK - İnsan qulağından 10 trilyon dəfə kiçikdir

Dünyada ilk dəfə insan qulağından 10 trilyon dəfə kiçik olan mikrofon hazırlanıb.

Publika.az xəbər verir ki, amerikalı mütəxəssislər tərəfindən hazırlanan ən kiçik mikrofon insan qulağından təxminən 10 trilyon dəfə kiçik olmasına baxmayaraq, həssaslıqda insan qulağından geri qalmır. Bu günə qədər hazırlanan mövcud bütün rəqəmli qurğular ölçülərinə görə, insanın qulaq pərdəsindən kiçik olan (akselerometr və s.) sensorlar əsasında yaradılıb. Onların səsi qəbul edə bilmə sistemləri olduqca zəifdir.

ABŞ-dan olan mütəxəssislər isə yeni qurğunun bütün streotipləri qırdığını iddia edirlər. Hazırlanan qurğunun gördüyün işin müqabilində olduqca az enerji sərf etdiyini deyən alimlər, quruluşuna görə kiçik "buterbrod"u xatırlatan mikrofonun gələcəkdə daha təkmilləşdiriləcəyini deyiblər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm