DİN-in rəsmi “İnstagram” səhifəsi fəaliyyətə başladı
Bizi izləyin

İKT

DİN-in rəsmi “İnstagram” səhifəsi fəaliyyətə başladı

Daxili İşlər Nazirliyinin (DİN) rəsmi “İnstagram” səhifəsi fəaliyyətə başlayıb.

DİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, səhifdə daxili işlər orqanlarında baş verən yeniliklər, hüquqi və struktur islahatları, keçirilən maarifləndirici, profilaktiki tədbirlər, açılan cinayət hadisələri barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili diqqətdə saxlanılır.

“azerbaycan.din” adı ilə yaradılan səhifəyə nəzər salmaqla daxili işlər orqanlarının cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin təminində, əməliyyat, xidməti fəaliyyəti, fiziki, döyüş və peşə hazırlığı, beynəlxalq əlaqələri, əməkdaşların elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qazandığı uğurlar, eləcə də, həyata keçirilən profilaktiki tədbirlər, ictimaiyyətlə görüşləri və digər mövzularda müxtəlif səpkili materiallarla tanış olmaq mümkündür.

Qeyd edək ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə 2017-ci il mayın 16-dan Daxili İşlər Nazirliyinin rəsmi “Facebook” səhifəsi fəaliyyətə başlayıb.

Əksər hallarda sosial şəbəkələrdə paylaşılan qeyri-obyektiv, heç bir əsası olmayan, bəzi hallarda cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdən informasiyaların mənfi təsirini nəzərə alsaq, hər bir şəxs üçün məlumatların əlçatanlığını və operativliyini təmin etmək bu baxımdan olduqca əhəmiyyətlidir.

Ötən müddətdə paylaşılan məlumatların izlənmə sayının artması, pozitiv şərhlər səhifəyə ictimaiyyətin marağının göstəricisidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm