“YouTube” təhlükəsizlik tədbirlərini gücləndirir
Bizi izləyin

İKT

“YouTube” təhlükəsizlik tədbirlərini gücləndirir

“Yutub” şirkətin Kaliforniyadaki baş gərargahı qarşısındakı atışmadan sonra bütün dünya üzrə ofislərində təhlükəsizlik tədbirlərini gücləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə şirkətin "Tvitter" hesabında dərc edilmiş bəyanatda deyilir.

“Biz baş vermiş insidenti diqqətlə araşdırırıq və bütün dünya üzrə ofislərimizdə təhlükəsizlik tədbirlərini gücləndirəcəyik”, - deyə bəyanatda bildirilir.

Xatırladaq ki, aprelin 3-də "Yutub"un Kaliforniya ştatının San-Bruno şəhərində yerləşən baş ofisi qarşısında atışma baş verib. İnsident nəticəsində 2 qadın və 1 kişi yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm