Əpl şirkəti proqramların sayını azaltdı - İLK DƏFƏ
Bizi izləyin

İKT

Əpl şirkəti proqramların sayını azaltdı - İLK DƏFƏ

Ötən il “App Store” mağazasında qoyulan mobil proqramların sayı azaldılıb. Bu, sistemin fəaliyyəti boyunca ilk dəfədir baş verir.

Publika.az xəbər verir ki, 2017-ci ildə “App Store” mağazasında 2,1 milyon mobil proqram istifadəçilərin ixtiyarına verilib. 2016-cı ildə isə bu rəqəm 2,2 milyon olub. Analitiklər iki il arasında müqayisə aparan zaman yerləşdirilən proqramların sayının azaldığını müşahidə ediblər.

Məsələyə münasibət bildirən "Appfigures” şirkəti proqram təminatının sayının azalmasını “App Store” mağazasında daxili qaydaların dəyişdirilməsi ilə izah edir. Bu səbəbdən bir çox proqramlar istifadəçilərə əlçatan deyil.

2016-cı ilin sentyabr ayında Əpl (“Apple”) şirkəti uzun müddət istifadəçilər tərəfindən yüklənməyən, maraqlı olmayan proqramların bazadan silinəcəyi ilə bağlı məlumat yaymışdı. Əpl eyni zamanda İOS sistemi ilə təchiz edilmiş mobil qurğularda virusları aşkarlayan proqramları da bazadan silib.

2015-ci ildə Əpl şirkəti hazırlanan yeni proqramların 64 bitlik arxitekturada hazırlanmasını tələb edib. “İOS 11” sistemindən etibarən sistem 32 bitlik proqramların dəstəklənməsini dayandırdı və proqramçılara isə "Əpl"-ın tələblərinə uyğun olaraq proqram təminatını yeniləmək təklif edilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm