Emin Əfəndiyevə VƏZİFƏ VERİLDİ
Bizi izləyin

İKT

Emin Əfəndiyevə VƏZİFƏ VERİLDİ

“Azərpoçt” MMC-yə yeni baş direktor təyin edilib.

Publika.az-ın “Azərpoçt”un saytına istinadən verdiyi məlumata görə, yeni baş director vəzifəsinə Emin Ramiq oğlu Əfəndiyev təyin edilib.

E.Əfəndiyev 1970-ci oktyabrın 2-də anadan olub. 1987-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat mühəndisi ixtisası üzrə mülki sənaye tikinti fakültəsində, 1994-1996-cı illərdə Bakı Ali Menecer kollecində bankir-mühasib ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1992-ci ildə Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin “Azərtikinti materialları” idarəsində böyük mühəndis vəzifəsindən başlayıb. Daha sonra iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində çalışıb.

1996-2004-cü illərdə Rossiyskiy Kredit BKB Rusiya-Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, department müdiri, idarə heyətinin sədrinin müavini və idarə heyətinin sədri vəzifələrində işləyib.

2004-2009-cu illərdə AZAL SKB idarə heyətinin sədrinin müavini olub, 2009-2015-ci illərdə Kapital Bankda filial müdiri vəzifəsində çalışıb, 2015-2018-ci illərdə Bank MBA-Moskva Azərbaycan Beynəlxalq Bankının Rusiya Federasiyasındakı törəmə bankında idarə heyətinin sədri vəzifəsində işləyib.

Bu ilin aprel ayından isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt" MMC-nin Baş direktoru vəzifəsinə təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm